DİSSERTASİYA ŞURASI
ED 2.01 Dissertasiya şurası (texnika elm sahəsi üzrə)
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 mart 2023-cü il tarixli 3-50/3-1-1-39/2023 nömrəli əmri ilə texnika elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün MAA nəzdində qeydiyyat nömrəsi ED 2.01 olan Dissertasiya şurası yaradılmışdır.
İxtisaslar:
- 3324.04 – Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı
- 3325.02 – Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları
- 3352.01 – Hava nəqliyyatının istismarı
- 3361.01 – Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro və nanoelektronika
ED 2.01 Dissertasiya şurasının sədri – AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Paşayev Arif Mir Cəlal oğlu,
sədr müavini – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Həsənov Afiq Rəşid oğlu,
elmi katib – coğrafiya elmləri doktoru, dosent Səfərov Surxay Həsən oğlu.
ED 2.01 Dissertasiya şurası 24 nəfərdən ibarət tərkibdə təsdiq edilmişdir.
ED 2.01 Dissertasiya şurasının səlahiyyət müddəti – 01.11.2025-ci il tarixinədək.
ED 2.45 Dissertasiya şurası (hüquq elm sahəsi üzrə)
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 sentyabr 2021-ci il tarixli F-220 nömrəli əmri ilə hüquq elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün MAA nəzdində qeydiyyat nömrəsi ED 2.45 olan Dissertasiya şurası yaradılmışdır.
İxtisaslar:
- 5607.01- Konstitusiya hüququ; bələdiyyə hüququ
- 5611.01 – Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ
- 5612.01 – Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti
ED 2.45 Dissertasiya şurasının sədri – hüquq elmləri doktoru, dosent Rüstəmzadə Ayxan Xankişi oğlu,
sədr müavini – PhD, professor Yener Ünver,
elmi katib – hüquq elmləri üzrə fəlsəfə doktoru Hüseynov Sahil Zahir oğlu.
ED 2.45 Dissertasiya şurasının səlahiyyət müddəti – 24.09.2024-cü il tarixinədək.
Dissertasiyalar:
Avtoreferatlar: