Elmi fəaliyyət MAA-nın əsas fəaliyyət istiqamətlərindən biridir və müasir tələblər səviyyəsində mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlanığını, Akademiyanın təhsil, tədqiqat və innovasiya potensialından vahid bir sistem kimi səmərəli istifadəni təmin etmək məqsədi ilə həyata keçirilir.
“Nəqliyyat Araşdırmaları və Texnologiyaları” Beynəlxalq Jurnalı (Transportation Research and Technology International Journal)
TransportTech – Milli Aviasiya Akademiyasının elektron nəşridir. TransportTech qeyri-kommersiya elmi jurnalidir. TransportTech, dünyada davamlı nəqliyyat barədə maarifləndirmə məqsədini güdən bir elmi jurnaldır. Jurnalın məzmunu, elm və sənayenin etik təsirlərini nəzərə alan ciddi elmi araşdırmalara əsaslanır. Jurnal, əldə edilən nəticələri ictimaiyyətə çatdırmağı hədəfləyir. TransportTech ildə iki dəfə, iyun və dekabr aylarında nəşr olunur. Məqsəd, daha qısa müddətdə beynəlxalq indekslərdə yer alan bir jurnal olmaqdır. Jurnal İngilis dilində nəşr olunur.
Azərbaycan Gənclər Günü və Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”in orbitə buraxılması tarixinə həsr olunmuş “Fevral məruzələri: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” beynəlxalq elmi-praktik gənclər konfransı ilk dəfə 2016-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL), Milli Aviasiya Akademiyasında (MAA) keçirilmişdir. Ənənəvi olaraq hər il fevral ayında təşkil olunan bu konfrans gənc alim və tədqiqatçılar üçün beynəlxalq elmi müzakirə platformasına çevrilmişdir. Növbəti konfrans 4-6 fevral 2025-cü il tarixlərində MAA-da keçiriləcəkdi
Milli Aviasiya Akademiyasında aparılan elmi işlərin əsas məqsədi müasir aerokosmik elm və texnikasının tələblərinə uyğun mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlanmasıdır. Bu, Milli Aviasiya Akademiyasının təhsil, tədqiqat və innovasiya potensialından vahid sistem kimi səmərəli istifadə etməyə imkan verir.
Milli Aviasiya Akademiyasında nəşr olunan “Elmi Məcmuə” jurnalının məqsədi elmi tədqiqatların nəticələri haqqında beynəlxalq səviyyədə məlumat mübadiləsi platformasını təmin etmək və oxucuları elmi işlərin həyata keçirilməsində ən yaxşı təcrübələrlə tanış etməkdi
Akademiyanın elmi fəaliyyətinin əsas vəzifələri bunlardır:
Qeyd edilən məsələlərin həlli Akademiya tərəfindən fundamental, tətbiqi elmi-tədqiqat, təcrübi-konstruktor, layihə işləri, eləcə də innovasiya fəaliyyəti yolu ilə həyata keçirilir.
Elmi-tədqiqat və innovasiya fəaliyyəti maliyyələşdirilməsi müxtəlif səviyyəli büdcə, həmçinin büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.
Elmi və innovativ fəaliyyətin maliyyələşdirilməsi üçün büdcədənkənar fondlar aşağıdakılardır
Akademiyanın elmi tədqiqat fəaliyyətinə aşağıdakılar cəlb edilir
MAA-da Elmi Tədqiqatların əsas istiqamətləri