AKADEMİYANIN ELMİ FƏALİYYƏTİ

Elmi fəaliyyət MAA-nın əsas fəaliyyət istiqamətlərindən biridir və müasir tələblər səviyyəsində mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığını, Akademiyanın təhsil, tədqiqat və innovasiya potensialından vahid bir sistem kimi səmərəli istifadəni təmin etmək məqsədi ilə həyata keçirilir.

Akademiyanın elmi fəaliyyətinin əsas vəzifələri bunlardır:

  • yeni biliklərin əldə edilməsi, elm və texnikanın ən mühüm istiqamətlərində elmi məktəblərin və aparıcı tədqiqat qruplarının formalaşması və inkişafı;
  • elmi-texniki tərəqqinin son nailiyyətləri əsasında təhsil və elmi prosesin vəhdətinin təmin edilməsi və yüksək səviyyəli ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlanması;
  • ali təhsilin inkişafı üçün elmin bazis, müəyyənedici mahiyyətinin qorunması və möhkəmləndirilməsi;
  • yüksək texnologiyalara yönəli elm tutumlu məhsulların və yeni texnika və materialların rəqabət qabiliyyətli nümunələrinin yaradılması;
  • Akademiyanın innovativ fəaliyyətinin inkişafı;
  • Akademiyanın intellektual mülkiyyətinin və müəllif hüquqlarının qorunması üçün şəraitin yaradılması;
  • dünya elm və təhsil sisteminə inteqrasiya üçün xarici ölkələrin təhsil müəssisələri və şirkətləri ilə beynəlxalq elmi-texniki əməkdaşlığın genişləndirilməsi;
  • Akademiyada keyfiyyətcə yeni təcrübə və istehsalat bazasının yaradılması;
  • büdcədənkənar fondlardan və innovasiya fəaliyyətindən istifadə etməklə tədqiqat və inkişaf üçün maliyyə əsaslarının formalaşdırılması;
  • elmin prioritet sahələrində fundamental və tətbiqi elmi tədqiqatların aparılması;
  • davamlı təhsili sisteminin formalaşması və inkişafı üçün nəzəri və metodoloji əsasların tədqiqi və inkişafı;
  • tədrisdə ən yeni elmi nailiyyətlərdən və texnologiyalardan istifadə;
  • elmi tədqiqatların ən əhəmiyyətli nəticələrindən tədris prosesində istifadəyə əsaslanaraq elmi-pedaqoji kadrların hazırlıq keyfiyyətinin artırılması, bakalavrant, magistrant və doktorantların Akademiyada elmi-tədqiqat işinin həyata keçirilməsinə daha fəal cəlb edilməsi;
  • aerokosmik sahə və digər fəaliyyət istiqamətləri üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün əsas kimi elmi tədqiqatların inkişafı;
  • beynəlxalq elm və təhsil layihələrinə və innovativ tədqiqat proqramlarına giriş;
  • müvafiq və praktik olaraq əhəmiyyətli tədqiqat layihələrinin həyata keçirilməsi, keyfiyyətinin və effektivliyinin artırılması;
  • elmi, tədris və tədris-metodiki ədəbiyyat, təlimatlar, analitik və digər materialların hazırlanması və nəşri;
  • bakalavrant, magistrant və doktorantların elmi problemlərin formalaşdırılması və həlli ilə praktik tanışlığı və ən bacarıqlı tələbələrin elmi tədqiqatların həyata keçirilməsinə cəlb edilməsi;
  • Akademiyanın dövlət hədəf proqramlarının, elmi, tədqiqat, innovasiya proqramlarında və müsabiqələrdə, Təhsil Nazirliyi, digər nazirlik və idarələr, Elmin İnkişafı Fondu, eləcə də xarici dövlətlər tərəfindən elan edilmiş qrantlarda fəal iştirakı;
  • tətbiqi problemləri birgə həll etmək üçün elmi-tədqiqat təşkilatları və müəssisələri (o cümlədən xarici) ilə elmi əməkdaşlığın inkişafı;
  • elmi və tədris proseslərinin əlaqəsinin təmin edilməsi, tələbə elminin dəstəklənməsi və inkişafı;

Qeyd edilən məsələlərin həlli Akademiya tərəfindən fundamental, tətbiqi elmi-tədqiqat, təcrübi-konstruktor, layihə işləri, eləcə də innovasiya fəaliyyəti yolu ilə həyata keçirilir.

Elmi-tədqiqat və innovasiya fəaliyyəti maliyyələşdirilməsi müxtəlif səviyyəli büdcə, həmçinin büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.

Elmi və innovativ fəaliyyətin maliyyələşdirilməsi üçün büdcədənkənar fondlar aşağıdakılardır:

  • Akademiya tərəfindən təsərrüfat müqavilələrinə əsasən tədqiqat və işləmələrin həyata keçirilməsi üçün müəssisə, təşkilat və qurumlardan əldə edilən vəsait;
  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və digər fondlar;
  • beynəlxalq fondlar və təşkilatlar tərəfindən ayrılan xüsusi qrantlar;
  • əlavə təhsil xidmətləri vasitəsilə Akademiyanın büdcədənkənar fondları və digər qanuni mənbələr.

Akademiyanın elmi tədqiqat fəaliyyətinə aşağıdakılar cəlb edilir:

  • fərdi iş planlarına uyğun olaraq professor-müəllim heyəti;
  • Akademiyanın elmi, mühəndis-texniki işçiləri, mütəxəssisləri və elmi şöbələrin işçiləri;
  • tələbələrin tədris planlarında nəzərdə tutulmuş kurs işləri, buraxılış işləri, digər tədqiqat işləri, MAA-nın Tələbə yaradıcılıq evində və digər tələbə elmi yaradıcılıq laboratoriyalarında, eləcə də kafedralarda, tədqiqat şöbələrində, Akademiya nəzdində Elmi tədqiqat institutunda;
  • fərdi iş planlarına uyğun olaraq Akademiyanın magistrantları, doktorantları (dissertantları), tədqiqatçıları, eləcə də şöbələrdə, Elmi tədqiqat institutunda, təhsildən (işdən) kənar vaxtlarda əlavə ödənişlə.

MAA-da Elmi Tədqiqatların əsas istiqamətləri

  • Yerüstü komplekslər, buraxılış avadanlıq­ları, uçan aparatların və onların sistem­lə­ri­nin istismarı
  • Hava nəqliyyatının istismarı
  • Bərk cisim elektronikası, radioelektron kompo­nent­ləri, mikro və nanoelektroni­ka
  • Məsafədən aerokosmik tədqiqatlar
  • Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları
  • Sistemli analiz, idarəetmə və informasiyanın işlən­məsi (sahələr üzrə)
  • Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları
  • Daşınma proseslərinin idarə edilməsi
  • Naviqasiya və havada hərəkətin idarə edilməsi
  • Sahə iqtisadiyyatı
  • Konstitusiya hüququ, bələdiyyə hüququ
  • Mülki hüquq: sahibkarlıq hüququ; ailə hüququ; beynəl­xalq xüsusi hüquq

ELANLAR